Azərbaycanda unikal yenilik: “DAHA İntellekt Vadisi” yaradıldı

Azərbaycanda yeni mədəniyyət platforması yaradılıb.

Globalinfo.az xəbər verir ki, Aqşin Yenisey, Qismət Rüstəmov və Ramil Kərimlinin ortaq ideyası olaraq yaradılan platforma “DAHA İntellekt Vadisi” adlanır.

“DAHA İntellekt Vadisi”nin əsas məqsədi Azərbaycan gəncinin intellektual, dünyəvi kimliyini formalaşdırmaq və mədəni immunitetini gücləndirməkdir. Bundan əlavə Dördüncü sənaye inqilabının elementlərini milli zəminə inteqrasiya etmək, Azərbaycan dilində vizual bilgi sənayesinin yaradılmasına səy göstərməkdir. Milli irsin müasir formatda internet dünyasına daşınması da DİV-in qarşısına qoyduğu prioritet məsələlərdən biridir.

DİV-in iş proqramında uşaqlar və yeniyetmələr üçün animasiyaların, maariflədirici sosial videoçarxların, “youtube” verilişlərinin çəkilişi, reklam, mahnı, ssenari mətnlərinin yazılması, müxtəlif mövzularda karikatura və komikslərin hazırlanması nəzərdə tutulur.

Maraqlananlar DİV-in fəaliyyətini aşağıdakı sosial media hesablarından izləyə bilərlər:

https://www.youtube.com/@dahaintellektvadisi1

https://www.facebook.com/dahaintellektvadisi

https://www.instagram.com/dahaintellektvadisi/

 “DAHA” hər şeyin DAHAsıdır!