2008-ci ildən bəri xidmətdə olan və texnoloji ömrünü başa vuran “Türksat 3A” peykindən televiziya və radio yayımlarının yeni nəsil peyklərə (“Türksat 4A”) köçürülməsi uğurla başa çatıb.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu deyib.
Qeyd edək ki, avqustun 15-dən 16-na keçən gecə həyata keçirilən əməliyyat zamanı 573 televiziya və 215 radio kanalı yeni peyklərə keçirilib. Təxminən 1000 tezlik və yayım parametri saniyələr ərzində yeni ünvanlara yönləndirilib.
“Türksat 4A” peykinə keçmək üçün aşağıdakıları yerinə yetirmək lazımdır:
Peyk: TÜRKSAT 4A
Tezlik: 12245 MHz
Polarizasiya: H (Üfüqi)
Simvol Tezliyi: 27500
Modulyasiya: DVB-S2 8PSK
FEC: 5/6
Qeyd edək ki, dünəndən etibarən Azərbaycan vətəndaşları çanaq antenləri vasitəsilə Türkiyə televiziya kanallarının yayımında problemlərin olduğunu bildirmişdilər.