“TikTok”un Azərbaycan seqmentində yeniliklərlə bağlı rəsmi açıqlama

TikTok Azərbaycan seqmentində yeni şərtlərlə bağlı məlumatları təkzib edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq şirkətdən məlumat verilib.

“Yeni şərtlərlə bağlı mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir”, – şirkətdən deyilib.

Qeyd edək ki, bundan əvvəl TikTok-un Azərbaycan seqmentində yeni şərtlərin olacağı bildirilib. Belə ki, sosial şəbəkədə qeydiyyat şəxsiyyət vəsiqəsi vasitəsilə həyata keçiriləcək və TikTok istifadəçisinin hesabına daxil olan jetonlar vergi ödənilməklə rəsmi olaraq çıxarıla bilər.

Bundan əlavə, milli dəyərlərə zidd olan məzmunun bloklanacağı qeyd edilib. Qeyri-adekvat davranan istifadəçilər xüsusi nəzarətə götürüləcək.

***11:25

Azərbaycanda “TikTok”a qeydiyyat şəxsiyyət vəsiqəsi ilə olacaq. 

Globalinfo.az milli.az-a istinadən xəbər verir ki, milli dəyərlərimizə zidd olan videolar, canlı yayımlar bloklanacaq.

Həmçinin, özünü normal apara bilməyən yayımçılar nəzarətə götürüləcəklər.

Bundan başqa, hesaba oturan jetonları rəsmi qaydada, vergi ödəməklə birbaşa banklardan çıxarmaq olacaq.