Azərbaycanda təhlükəsizlik ciddi şəkildə mühafizə olunur – DİN

Əraziyə cəlb olunan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görülür.

Globalinfo.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyin Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.

DİN rəsmisi bildirib ki, ölkə ərazisində ictimai-siyasi sabitlik, təhlükəsizlik ciddi şəkildə mühafizə olunur. Bu günə olan məlumata görə hər hansı hüquqa zidd, cəmiyyəti narahat edən, çaşqınlıq yaradan siqnal daxil olmayıb. Vətəndaşların mühafizəsi, təhlükəsizliyi tam təmin olunur”.