Azərbaycanda tanınmış jurnalistin həyat yoldaşı intihar etdi

 

Tanınmış jurnalist Türkan Məmmədlinin həyat yoldaşı, iş adamı Orxan Məmmədli intihar edib.

Globalinfo.az xəbər verir ki, bu haqda məlumatı prodüser Tarix Əliyev verib.

Onun sözlərinə görə, “Avantaj” turizm şirkətinin rəhbəri olan Orxan bu gün çalışdığı ofisdə özünü asaraq intihar edib.

Məlumata görə, külli miqdarda borcu olduğu üçün həyatına qəsd edib. O, Məmmədli Su İstehlakçıları Birliyinin sədri Dövlətxan Məmmədovun oğludur.

Qeyd edək ki, cütlüyün iki azyaşlı oğlu var.