WhatsApp Image 2026 09 25 at 15.13.52

Azərbaycanda səhiyyə sahəsində pasiyentlərə tibbi xidmət göstərməklə yanaşı, innovasiya və elmi tədqiqatları təşviq edən xüsusi mükəmməllik mərkəzləri yaratmaq mümkündür:

Bu sözləri Globalinfo.az-a açıqlamasında Beynəlxalq Neyroelm İnstitutunun şöbə müdiri Tomas Lenarz deyib.

O bildirib ki, burada səhiyyə sahəsində xüsusi mərkəzlər yaratmaq üçün böyük imkanlar var:

“Bu, mənim də fəaliyyət göstərdiyim sahədir. Burada yalnız pasiyentlərə tibbi xidmət göstərən deyil, eyni zamanda innovasiya və tədqiqatları təşviq edən mükəmməllik mərkəzləri yaratmaq mümkündür. Bunun üçün şirkətləri, yüksək səviyyəli alimləri və klinisistləri bu prosesə cəlb etmək olar.

Müəyyən istiqamətlərə fokuslanaraq həmin sahələrin inkişafına ciddi təkan vermək mümkündür. Məsələn, ürək-damar xəstəlikləri, xərçəng, neyroelm və eşitmə problemləri üzrə ixtisaslaşmış mərkəzlər yaradıla bilər. Bu, yeni imkanların formalaşmasına, iqtisadi marağın yaranmasına və əldə olunan gəlirlərin yenidən həmin sahəyə yatırılmasına şərait yaradar”.

Professor Azərbaycanın Şərqlə Qərb arasında körpü rolunu oynayan mövqeyindən də istifadə etməklə səhiyyə sahəsində infrastrukturun inkişaf etdirilməsinin mümkün olduğunu bildirib.

T.Lenarz qlobal iqtisadiyyatda qeyri-müəyyənliyin artdığı bir dövrdə investorlar üçün əsas məsələnin sabit və təhlükəsiz mühitin təmin olunması olduğunu deyib:

“İnvestorlar bilməlidirlər ki, yaratdıqları sərmayə mühiti daim risk altında olmayacaq, yeni müharibə və ya böhran investisiyaları sual altında qoymayacaq. Düşünürəm ki, əsas məsələ məhz belə bir atmosfer yaratmaq və investorlar arasında etimad formalaşdırmaqdır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: