Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər başa çatıb.
Globalinfo.az xəbər verir ki, saat 19:00-da seçki məntəqələri bağlanıb və səslərin sayılmasına başlanılıb.
Seçkilər 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçirilib. Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Qeyd edək ki, parlament seçkilərində deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.
***
Azərbaycanda Milli Məclisə seçkilərlə əlaqədar səsvermə başlayıb.
Globalinfo.az xəbər verir ki, saat 8:00-dan etibarən seçki məntəqələri açılıb.
Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparacaq.
Qeyd edək ki, səsvermə 19:00-a qədər davam edəcək.