Azərbaycanda referendum və erkən seçkilər olacaq? – Deputatdan cavab

Azərbaycanda referendum və erkən seçkilərin keçirilməsi mövzusu iki ildir gündəmdən düşmür. Bununla bağlı ən müxtəlif şəxslər – siyasətçilər, deputatlar, məmurlar, politoloqlar proqnoz veriblər, lakin hələ ki bu özünü doğrultmur.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı, professor Elman Nəsirov deyib ki, ölkəmizdə referendum və erkən seçkilərin keçiriləcəyi ilə bağlı rəsmi informasiya yoxdur:

“Mən bu istiqamətdə rəsmi bir bəyanata və ya xəbərə rast gəlməmişəm. Yeni Azərbaycan Partiyasının təmsil edirəm və partiya çərçivəsində də bu kimi müzakirələr getmir. Belə müzakirələr olsaydı, xəbərim olardı.

Elman Nəsirov

Biz də mətbuatda referendumun olacağına dair ayrı-ayrı şəxslərin, ekspertlərin şərhini, proqnozlarını eşidir, oxuyuruq. Ancaq bu,rəsmi məlumat deyil”.

Turan Rzayev
Globalinfo.az