Azərbaycanda Ramazan bayramı qeyd edilir.
Globalinfo.az xəbər verir ki, bu il Ramazan ayının 1-i mart fevralın 19-na təsadüf edib.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20-si Azərbaycanda Ramazan bayramı qeyd edilir.
Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.ə.s) tərəfindən Mədinədə bu məqsədlə Ramazan ayı keçiriləndən başlayır. Məhz Ramazan ayının sonuncu 10 gecəsinin birində “Qurani Kərim” nazil edilib.
Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.
Bu gün Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00-a, Təzəpir məscidində isə 09.00-a təyin edilib.