Azərbaycanda qeydiyyatda olan siyasi partiyaların sayı

Azərbaycanda dövlət qeydiyyatında olan siyasi partiyaların sayı açıqlanıb.

Globalinfo.az xəbər verir ki, “Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə uyğun olaraq yenidən qeydiyyatdan keçən 26 partiya var.

Həmin partiyalar aşağıdakılardır:

Yeni Azərbaycan Partiyası (YAP)

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP)

“Ana Vətən” Partiyası (AVP)

Vətəndaş Həmrəyliyi Partiyası (VHP)

Müsavat Partiyası

Ağ Partiyası (AğP)

Azərbaycan Ümid Partiyası (ÜMİD)

Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP)

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP)

Vəhdət Partiyası (VP)

Azərbaycan Xalq Partiyası (AXP)

Azərbaycan Demokrat Partiyası (ADP)

Ədalət Partiyası

Müasir Musavat Partiyası (MMP)

Böyük Quruluş Partiyası (BQP)

Demokratik İslahatlar Partiyası (DİP)

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP)

Böyük Azərbaycan Partiyası (BAP)

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP)

Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP)

Yeni Zaman Partiyası (YZP)

Milli Cəbhə Partiyası (MCP)

Respublikaçı Alternativ (REAL) Partiyası

Gələcək Azərbaycan Partiyası (GAP)

Haqq Ədalət Partiyası (HƏP)

Azad Vətən Partiyası (AZAD VƏTƏN)

Sövlət qeydiyyatına alınan 26 siyasi partiyadan 25-i maliyyə hesabatını MSK-ya təqdim edib. Maliyyə hesabatını təqdim edən partiyalar siyahısında yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) adı yer almayıb.

Qeyd edək ki, siyasi partiyaların MSK-ya 2023-cü il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət aprelin 1-i başa çatıb. MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

2022-ci ildə Azərbaycanda 59 partiya qeydiyyatda olub.