Azərbaycanda pandemiya və vaksinasiya ilə bağlı son vəziyyət açıqlandı – FOTO

20:55

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gobalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən yoxdur.

Azərbaycanda indiyədək ümumilikdə 828 946 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 590 nəfər müalicə olunaraq sağalıb, 10 144 nəfər vəfat edib, aktiv xəstə sayı 212 nəfərdir.

Ölkədə son sutka ərzində 747, hazırkı dövrədək isə 7 542 059 test aparılıb.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gobalinfo.az-a verilən məlumata görə, bu gün pheç kimə peyvənd vurulmayıb

Vurulan vaksinlərin ümumi sayı 13 951 443, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 405 069, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 493, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 401 118, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 267 763 nəfər təşkil edir.