Azərbaycanda pandemiya və vaksinasiya ilə bağlı son durum açıqlandı – FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 42 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 827 780 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 459 nəfər müalicə olunaraq sağalıb, 10 077 nəfər vəfat edib, aktiv xəstə sayı 244 nəfərdir.

Ölkədə son sutka ərzində 2 294, hazırkı dövrədək isə 7 477 729 test aparılıb.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 387 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 206, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 118, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 16 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 940 852, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 401 629, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 753, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 397 326, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 144 nəfər təşkil edir.