Azərbaycanda pandemiya və vaksinasiya ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 8 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 563 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 130 nəfər müalicə olunaraq sağalıb, 10 257 nəfər vəfat edib, aktiv xəstə sayı 176 nəfərdir.

Ölkədə son sutka ərzində 634, hazırkı dövrədək isə 7 597 921 test aparılıb.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, vurulan vaksinlərin ümumi sayı 13 962 579, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 410 966, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 882 374, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 403 057, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 182 nəfər təşkil edir.