
2025-ci ildə Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) 0,9 faiz azalıb. Bu isə müxtəlif aspektlərdən dəyərləndirilib və müəyyən narahatlıq doğurub.
Globalinfo.az-a danışan iqtisadçı Pərviz Heydərov deyib ki, ajiotaj yaratmağa ehtiyac yoxdur.

Pərviz Heydərov
İqtisadçının sözlərinə görə, qeyri neft-qaz sektorunda artım müşahidə olunur:
“Azərbaycanda neft-qaz hasilatı əvvəlki səviyyədə deyil, amma ortada təşvişə yaradacaq vəziyyət yoxdur. Qeyri-neft sektoru iqtisadi artımda hərəkətverici qüvvə rolunda çıxış edir. Ümumi Daxili Məhsulda (ÜDM) azalma isə müvəqqəti xarakter daşıyır. Qarşıdakı aylarda, yəqin ki, ilin birinci rübündə mövcud göstərici nisbətən dəyişəcək. ÜDM həcmində artım qeydə alınacaq. Birdəfəlik başa düşmək lazımdır ki, ölkədə neft hasilatında enmə var. Neftin qiyməti əvvəlki səviyyədə deyil. Qazla bağlı vəziyyət də stabil xarakter daşımır. Azərbaycanda isə ÜDM-in həcmi bu sahəyə bağlıdır. Ona görə də ayrıca narahatlığa ehtiyac görmürəm”.
Əliyar Xəlil
Globalinfo.az