Azərbaycanda koronavirusla bağlı SON VƏZİYYƏT

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.

Globalinfo.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər vəfat edib.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 124 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 88, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11, üç və daha çox doza vaksin vurduranların sayı 16, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 9 nəfərdir.