Azərbaycanda kişi küçədə itləri güllələyib? – VİDEO

Daxili işlər Nazirliyi (DİN) Gəncə şəhərində orta yaşlı kişinin küçədə itləri güllələməsi barədə yayılan görüntülərə münasibət bildirib.

Globalinfo.az-ın xəbərinə görə, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, həmin görüntülərlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsi məlumatlıdır:

“Hazırda araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, sosial şəbəkələrdə iddia edilib ki, itlərin güllələnməsi barədə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən göstəriş verilib.

İH-dan isə saytımıza bildirilib ki, qurum tərəfindən sahibsiz küçə heyvanlarının güllələnməsi ilə bağlı heç bir göstəriş verilməyib.