dsffd

Azərbaycanda keçirilən amputant futbolu üzrə Millətlər Liqasının C qrupunun oyunlarına yekun vurulub.

Globalinfo.az xəbər verir ki, Bayıl arenada təşkil olunan turnirin son matçında Azərbaycanla Ukrayna yığmaları üz-üzə gəliblər.

Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da Azərbaycan millisi 7 xalla qrup üçüncüsü olub. 9 xala malik Ukrayna birinci pilləni tutaraq B qrupuna yüksəlib. İsrail 8 xalla ikinci, Niderland isə 4 xalla dördüncü pilləni tutub.

Xalsız olan Belçika seçməsi sonuncu olaraq D qrupuna yuvarlanıb.

564621357 1205509241608020 9053106250407221927 n

564598494 1204743455017932 2707651054002033513 n 564015520 1205667134925564 8394084108542272271 n

Paylaş: