Azərbaycanda istirahətə gedən sahibkar intihar etdi

İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər Sabunçu rayon sakini, 1980-ci il təvəllüdlü Mirələsgər Qasımov İsmayıllı rayonunda intihar edib. Belə ki, o, istirahətə getdiyi rayonun Tircan kəndindəki qaynının evinin həyətindəki ağacdan özünü asıb.

Evə gələn M.Qasımovun yaxınları onun budaqdan bağlanmış naqildən asılı halda qalan meyitini tapıblar.

Bildirilib ki, mərhum fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

Faktla bağlı araşdırma aparılır.

Malik
Globalinfo.az