Yunanıstanda 13 saatlıq iş rejimi barədə qərarın verilməsi sosial medianın Azərbaycan seqmentində geniş müzakirələrə səbəb olub. Sözügedən praktikanın ölkəmizdə də tətbiq oluna biləyi barədə narahatlıqlar var. Hətta bəzi istifadəçilər iddia edirlər ki, bəzi iş yerlərində bu təcrübə onsuz da tətbiq olunur.
Qanunla işçilərin gündə 8 saatdan artıq, məsələn 13 saat işləməsi qayda pozuntusu hesab olunurmu?
Globalinfo.az-a danışan vəkil Hikmət Əliyev bildirib ki, qanunvericiliyimizə görə, vətəndaşların gündə 13 saat işlədilməsi qanunsuzdur:
“Əmək Məcəlləsinə əsasən, bir iş günü maksimum 8 saat nəzərdə tutulub. İşçini qanunla müəyyən edilmiş müddətdən artıq işlətmək qanun pozuntusu sayılır”.
Vəkilin sözlərinə görə, əmək münasibətləri elə qurulmalıdır ki, insan həm işləsin, həm də dincələ bilsin:
“İnsanı 13 saat işlətmək nə iqtisadi inkişaf gətirir, nə də ədalətli sayılır. Bizim qanunlar buna yol vermir və hüquqi baxımdan doğru olan budur”.
Zaira Akifqızı
Globalinfo.az