WhatsApp Image 2023 03 01 at 10.15.09

Lənkəranda tanınmış həkim Müşfiq Bağırovun intiharı ilə bağlı açılmış cinayət işinin istintaqından yeni xəbər var.

Bu barədə Globalinfo.az-a mərhum həkimin ailəsindən məlumat verilib.

İntihar faktı ilə bağlı açılmış cinayət işinin istintaqının aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Qeyd edək ki, bir müddət əvvəl Lənkəran Rayon Prokurorluğu işin istintaqına xitam verib və cinayət tərkibinin olmaması qənaətinə gəlib. Ötən il dekabrın 20-də verilmiş xitam qərarı Lənkəran Rayon Məhkəməsi tərəfindən ləğv edilib və cinayət işinin yenidən araşdırılması rayon prokurorluğuna tapşırılıb.

Lakin Müşfiqin ailəsi Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə açılmış işin yenidən Lənkəran Rayon Prokurorluğunda araşdırılmasına etiraz edib. Onlar rayon prokurorluğunun bir dəfə bu işə xitam verilməsi qərarı çıxarmasını və icraatın düzgün istiqamətdə aparılmamasını bildirərək istintaqın Baş Prokurorluq tərəfindən aparılmasını xahiş ediblər.

Məlumat üçün bildirək ki, Müşfiq Bağırov və ailəsi Lənkəranda xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub. O, stomatoloq kimi yüzlərlə qazini, şəhid ailəsi üzvünü və tələbəni pulsuz müalicə edib. Bundan başqa, Müşfiq Bağırov Lənkəran şəhərinin mərkəzində yerləşən diş klinikasının önündə xeyriyyə kampaniyası ilə bağlı elanlar da yerləşdirib.

Xatırladaq ki, M.Bağırov ötən ilin avqustunda şəhərin “Raypo” adlanan ərazisində özünə məxsus yarımtikilidə intihar edib. Hadisədən sonra mərhumun cibindən tapılan məktubda bəzi adamların onu intihar həddinə çatdırdığı qeyd yazılıb. Onun bizneslə əlaqədar külli miqdarda pul məsələlərinin olduğu üzə çıxıb.

WhatsApp Image 2023 03 01 at 10.15.09 WhatsApp Image 2023 03 01 at 10.15.08 2

WhatsApp Image 2023 03 01 at 10.15.08 WhatsApp Image 2023 03 01 at 10.15.07

Malik
Globalinfo.az

Paylaş: