İlk dəfə keçirilən forumun ikinci günü başa çatdı – YENİLƏNİB

 

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə ilk dəfə keçirilən “Azərbaycan Dili və Ədəbiyyatı” Forumunun ikinci günü başa çatıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, ölkənin tanınmış ədəbiyyatşünaslarının, yazıçı və şairlərinin, həmçinin dilçi alimlərinin, filoloqların iştirak etdiyi forumun ikinci günündə teatr və kinonun ədəbiyyatla əlaqəsinə, həmçinin Azərbaycanda uşaq ədəbiyyatının hazırkı durumuna dair panel müzakirələri olub.

Panel müzakirələri zamanı çıxışçılar sözügedən mövzular ətrafında təkliflərini səsləndiriblər.

Foruma sabahkı iki panellə yekun vurulacaq.

Xatırladaq ki, forumun ilk günü və açılışı dünən Şamaxı rayonunda baş tutub.

"Azərbaycan Dili və Ədəbiyyatı" Forumunun ikinci günü başa çatıb - FOTO "Azərbaycan Dili və Ədəbiyyatı" Forumunun ikinci günü başa çatıb - FOTO "Azərbaycan Dili və Ədəbiyyatı" Forumunun ikinci günü başa çatıb - FOTO "Azərbaycan Dili və Ədəbiyyatı" Forumunun ikinci günü başa çatıb - FOTO "Azərbaycan Dili və Ədəbiyyatı" Forumunun ikinci günü başa çatıb - FOTO

***11:40

“Gülüstan” sarayında Azərbaycan dili və Ədəbiyyatı Forumunun ikinci günü başlayıb.

Globalinfo.az xəbər verir ki, forumda ölkənin tanınmış yazıçı və şairləri, ədəbiyyatşünasları, dilçi alimləri, filoloqları və ictimaiyyət nümayəndələri iştirak edir.

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən forumun təşkilatıçısı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, dəstəkçisi isə Elm və Təhsil Nazirliyi, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasıdır.

Qeyd edək ki, forumun açılışı Şamaxı şəhərində olub.