1678173399 7cd0032f5497cd59712dcdb18d08325c1604134582 bashekim jpg


Cəlilabadda həkim xəstəni döyüb.

Globalinfo.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Rayonun Uzuntəpə kənd sakini 1966-cı il təvəllüdlü Füzuli İmanov 5 və 7 yaşlı nəvələrinin halı pisləşdiyi üçün xəstəxanaya aparıb.

Nəvələrdən birinin səhhəti ağırlaşıdğını görən baba Davud adlı həkimdən kömək istəyib. Lakin bu zaman o, həkimin müqavimətilə üzələşib. Füzuli İmanov həkim tərəfindən təpiklə döyülərək otaqdan xaric olunduğunu deyir.

Artıq zərərçəkən məsələ ilə bağlı rayon prokurorluğuna müraciət edib. Hadisənin kadrları təhlükəsilik kameralarına da düşüb.

Fakt araşdırılır.

Paylaş: