toy 1

“Son dövrlərdə ailə institutuna təsir edən ciddi sosial tendensiyalarla qarşılaşırıq”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

“Təəssüf ki, nikahların sayı azalır, boşanmaların sayı isə artır. Eyni zamanda doğum göstəricilərində də azalma müşahidə olunur. Digər tərəfdən, gənclərin məşğulluq məsələsi də ciddi problem olaraq qalır. İş imkanlarının məhdud olması səbəbindən bir çox gənc ölkəni tərk edərək xaricə üz tutur. Bu da ailə quranların sayına birbaşa təsir göstərən amillərdən biridir”, – deyə o bildirib.

Deputat qeyd edib ki, dövlət səviyyəsində sosial proqramların genişləndirilməsi və iqtisadi dəstək mexanizmlərinin gücləndirilməsi vacibdir:

“Selektiv abortların səbəbləri də ayrıca araşdırılmalıdır. Ailələrin niyə daha çox uşaq sahibi olmaqdan imtina etdiyini müəyyən etmədən bu problemə qarşı effektiv mübarizə aparmaq mümkün olmayacaq. Bu gün bir çox ailə qız övladına sahib olmaq istəmir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: