İyunun 16-dan Azərbaycanda Məhərrəmlik başlayacaq.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, Aşura günü isə iyunun 25-nə təsadüf edəcək.
Hər il olduğu kimi, bu il də məhərrəm ayının başlaması ilə Azərbaycanda toy mərasimlərinin keçirilməsi iki ay müddətinə dayandırılacaq. Bu səbəbdən Bakı və regionlardakı şadlıq evləri də fəaliyyətsiz qalacaq.
Qeyd edək ki, məhərrəm ayı bir ay olsa da (iyulun 15-də başa çatır) Məhərrəmlik, ənənəyə uyğun olaraq, 2 ay (60 gün) davam edir.