Azərbaycanda Feysbuka maraq azalıb

Cari ilin fevralı ilə müqayisədə ötən ay Azərbaycanda Feysbukdan istifadə azalıb.

Globalinfo.az “APA-Economics”ə istinadən bildirir ki, cari ilin fevral ayında Azərbaycanda Feysbukdan istifadə edənlər 64.44 % təşkil edibsə, ötən ay bu rəqəm 62.15% olub.

Nəticədə bir ay ərzində Feysbukdan istifadədə 3.5 % azalma qeydə alınıb. Ötən ilin mart ayı ilə müqayisədə isə Feysbukdan istifadədə 7.8 % azalma qeydə alınıb.