baki eas yeni 900x506 1

“Azərbaycanda əmək bazarının gələcək tələbləri və mövcud bacarıq boşluqları ilə bağlı araşdırma aparılıb. Təhlil zamanı ölkənin 2030-cu ilədək milli prioritetləri və müxtəlif araşdırmaların nəticələri nəzərə alınıb”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin “Marsh Mercer” şirkətinin nümayəndəsi Mustafa Kemal Kesim “Bakı ID” tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, aparılan sistem təhlili zamanı Azərbaycandakı milli prioritetlərlə yanaşı, “ForSim” ilə birlikdə əldə olunan məlumatlardan son 3-5 il ərzində 2 mindən çox əməkdaş və fərd üzrə aparılmış qiymətləndirmələrin nəticələrindən istifadə olunub.

Mustafa Kemal Kesim qeyd edib ki, araşdırmada “Oliver Wyman” şirkətinin Azərbaycanla bağlı hazırladığı ağ kağızdan əldə olunan məlumatlar, eləcə də Dünya İqtisadi Forumunun bacarıqların sürətləndirilməsi üzrə istifadə etdiyi metodoloji çərçivə də nəzərə alınıb.

Onun sözlərinə görə, təqdimatda üç əsas suala cavab axtarılır: mövcud bacarıq boşluğu nədən ibarətdir, bu boşluq hansı səbəblərdən yaranır və mövcud vəziyyətin yaxşılaşdırılması üçün hansı addımlar atılmalıdır.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: