Azərbaycanda “Avro-5” dizel istehsalına başlanıldı

Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsi çərçivəsində “Avro-5” standartlarına uyğun avtomobil benzinin istehsalına 2024-cü ilin birinci rübündə başlanılması nəzərdə tutulur.

Globalinfo.az bildirir ki, bu barədə “APA-Economics” SOCAR-ın Caspian Oil&Gas sərgisində ki stendində nümayiş etdiyi məlumatlara istinadən xəbər verir.

Məlumata görə, 2023-cü ilin ikinci rübündən etibarən “Avro-5” dizel yanacağı istehsalına başlanılıb.

Qeyd olunur ki, NEZ öz işinə 1953-cü ildə başlayıb və indiyədək müəssisə tərəfindən 364 mln. ton neft emal edilib.

Vurğulanır ki, zavod 30 adda məhsul istehsal edir, istehsal edilən məhsulların 10%-i ixrac olunur.

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.