Dərman vasitələrinin qiymətinin nizamlanması bütün dünyada eyni formada aparılır.
Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında səhiyyə nazirinin müavini Rasim İsmayılov çıxışı zamanı deyib.
“Qiymətlərin tənzimlənməsi sui-istifadə hallarının qarşısının alınmasına xidmət edir. Qiymətini müqayisə etdiyimiz dərman vasitələrinin həmin ölkələrdə daxili istehsalın olub-olmamasına bağlıdır. Məsələn, ölkəmiz təbii qaz ixracı ilə məşğuldur. Fikir verin, bizim özümüzə həmin təbii qaz hansı qiymətə verilir və ixrac etdiyimiz ölkələrdə həmin təbii qaz əhaliyə hansı qiymətə verilir? Bu məntiqlə, Türkiyə vətəndaşı deyə bilər ki, Azərbaycanda qazın qiyməti aşağıdır, bizdə niyə yox?”, – o əlavə edib.