Azərbaycanda dəmiryolu stansiyasından meyit tapıldı

Salyan rayonunda dəmiryolu stansiyasının ərazisində meyit tapılıb.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, hadisə dünən saat 14 radələrində baş verib. Stansiyada meyit tapıldıqdan sonra polisə və prokurorluğa məlumat verilib. Məlum olub ki, ölən şəxs 1964-cü il təvəllüdlü Əlibala Əliağa oğlu Məmmədovdur. Onun üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib.

Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

Malik
Globalinfo.az