Azərbaycanda pandemiya və vaksinasiya ilə bağlı son məlumat – FOTOLAR

Azərbaycan Respublikasında son sutkada koronavirus (COVID-19) infeksiyasına 31 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən bir nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 828 137 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 884 nəfər müalicə olunaraq sağalıb, hazırda 156 aktiv xəstə var. Bu günə qədər 10 097 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 830, bu günə qədər isə ümumilikdə 7 500 674 test icra olunub.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 310 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 65, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 125, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 110, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 10 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 944 476, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 402 873, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 877 558, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 398 685, pozitiv nəticədən sonra buster doza olunanların sayı 265 360 təşkil edir.