Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 178 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 48, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 28, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 79, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 13 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 94 7936, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 403 881, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 878 661, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 399 833, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 561 nəfər təşkil edir.