Azərbaycanda bu şəxslərə CİDDİ XƏBƏRDARLIQ: 50 dollar əlavə rüsum ÖDƏYƏCƏKSİNİZ

Gömrüklə bağlı son dövrlərdə əhali arasında narazılığın artması vətəndaşların xaricdən qayıdarkən və ya internet vasitəsilə xarici mağazalardan sifariş verməklə öz şəxsi istifadələri üçün aldıqları məhsulların gömrükdə kommersiya məhsulu kimi vergiyə və rüsumlara cəlb edilməsi ilə bağlıdır. Belə ki, xaricdən qayıdan vətəndaşların gətirdikləri mallara 800 dollarlıq, ölkə daxilində xaricdən internet vasitəsilə sifariş edilmiş məhsullara isə ayda 300 dollarlıq limit tətbiq olunur. Əvvəllər bu rəqəmlər xeyli yüksək idi, sonra azaldıldı. Son illərdə bütün məhsullarda ciddi bahalaşmanın qeydə alınması şəraitində artıq bu məbləğə şəxsi istifadə üçün normal bir mal almaq mümkün deyil.

Bəs nəzərdə tutulan limiti keçdikdən sonra nə baş verir?

Globalinfo.az xəbər verir ki, mövzu ilə bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Referans.az-a açıqlama verilib.

“Beynəlxalq poçt vasitəsinin daşınması ilə gətirilən məhsul 300 dolları keçdikdə bu məbləğə uyğun olaraq qiymət hesablanır. Məsələn, sizin sifariş verdiyiniz məhsulların ümumi dəyəri 350 dollardır. Bu məbləğ 300 dolları keçdiyinə görə 50 dollar rüsuma cəlb olunur. Bu məbləğ avtomatik olaraq “Smart Customs”-da hesablanır. Qeyd edək ki, siz bu rüsumu birbaşa onlayn şəkildə ödəniş edə bilərsiniz. Bunun üçün gömrük məntəqəsinə üz tutmağa ehtiyac yoxdur”.