Azərbaycanda anadan olmuş erməni saxlanıldı

Rusiyada Ermənistanın axtarışa verdiyi şəxs saxlanılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, həmin şəxs Murmanskdakı miqrasiya idarəsində tutulub.

Bildirilib ki, axtarışda olan şəxsin 46 yaşı var, o, Azərbaycanda anadan olub. Adı açıqlanmayan şəxs qeydiyyatdan keçmək üçün miqrasiya idarəsinə gedib. Məlumatları yoxlanılarkən onun axtarışda olduğu üzə çıxıb.

Ermənistan cinayət törətməkdə şübhəli bilinən şəxsi 2022-ci ilin dekabr ayından axtarışa verib. O, polis şöbəsinə aparılıb, barəsində yoxlama tədbirləri davam etdirilir.

Murmanskdakı Azərbaycan diasporunun rəhbəri Afil Hüseynov saytımıza açıqlamasında saxlanılan şəxsin kimliyini açıqlayıb.

Afil Hüseynovun sözlərinə görə, saxlanılan şəxs keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində doğulan Qriqoryan A. Z-dir. Axtarış elanında Qriqoryan A. Z-nin doğum yeri Azərbaycan göstərilib.