Mingəçevir Dövlət Universitetinin (MDU) məzunu Heydər Qafarlı və anasının təhsil uğrunda fədakarlığı rəğbət doğurub. Belə ki, görmə məhdudiyyətli olan gənc Heydər Qafarlı bir neçə il öncə MDU-nun Tarix müəllimliyi ixtisasına qəbul olub. İsmayıllıda ibtidai sinif müəllimi işləyən anası oğlunun təhsili üçün işini və evini qoyaraq Heydərlə birlikdə Mingəçevirə köçüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mingəçevir-MTV” səhifəsi məlumat yayıb.
Ananın hər gün oğlunun dərsləri ilə məşğul olduğu, ona mövzuları şəxsən öyrətdiyi, Heydərin 4 il müddətində bütün dərslərə hazırlıq getdiyi bildirilir.
Beləliklə, fədakar ananın çalışqan övladı 4 illik tədris müddətini əlaçı olaraq başa vurur və nəhayət Qırmızı diplom alır.