İti maşına bağlayıb sürüdü – ANBAAN VİDEO/Yeniləndi

DİN-dən bildirib ki, sosial şəbəkələrdə iti avtomobilin arxasına bağalayaraq sürüyən şəxsin Kəlbəcər rayon sakini Radil Orucov olması müəyyən edilib:

“Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində sürücünün yeri müəyyən edilərək polis şöbəsinə dəvət olunub. R. Orucovla profilaktiki söhbət aparılıb və inzibati məsuliyyətə cəlb edilib”.

***

Hazırda həmin avtomobilin sürücüsünün müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.az-ın Gəncə-Şəmkir yolunda qeydə alınmış insanlığa sığmayan görüntülər barədə sorğusuna cavab olaraq bildirib.

“Görüntülərlə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

***

13:07

Bu gün insanlığa sığmayan görüntülər Baku.ws-in qaynar xəttinə göndərilib.

Globalinfo.az xəbər verir ki, göndərilən video Gəncə-Şəmkir yolunda çəkilib.

Videodan da göründüyü kimi iti avtomobilin arxasına bağlayıblar və sürüyürlər.

Həmin görüntüləri təqdim edirik: