Adına cinayət işi açılan Şağan kənd bələdiyyəsinin sədri Sevinc Atayevanın hələdə iş fəaliyyətini davam etdirdiyi iddia olunub.
Globalinfo.az xəbər verir ki, məsələ ilə bağlı bələdiyyədən Baku TV-yə bildirilib ki, S.Atayeva səhər saatlarında işdə olub.
Qeyd edək ki, S.Atayeva həm də Şağan qəsəbəsindəki orta məktəblərin birində direktor müavini vəzifəsində çalışır.
Xatırladaq ki, Şağan kənd bələdiyyəsinin sədri Sevinc Atayeva və bir qrup keçmiş əməkdaşı barəsində cinayət işi başlanıb. Təqsirləndirilən şəxslər sənəd saxtalaşdırmaqda və külli miqdarda dələduzluqda təqsirləndirilirlər.
Daha ətraflı süjeti təqdim edirik:
***10:10
Xəzər rayonu, Şağan kənd bələdiyyəsinin sədri Sevinc Atayeva və bir qrup keçmiş əməkdaşı barəsində cinayət işi başlanıb.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər sənəd saxtalaşdırmaqada və külli miqdarda dələduzluqda təqsirləndirilirlər.
İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.