35 yaşlı qadının qətli – Saxlanılan var

İyulun 17- də saat 14 radələrində İsmayıllı rayonu Təzəkənd kəndində 1988-ci il təvəllüdlü Bədəlova Aytən Etibar qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Globalinfo.az-a verilən məlumata görə cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1985-ci il təvəllüdlü Bədəlov Etibar Əbülfəz oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi ailə münaqişəsi zəminində baş ver verib.

Araşdırma aparılır.

***

İsmayıllıda qadın kəsilmiş-deşilmiş xəsarətlərdən ölüb.

Globalinfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, iyulun 17-si saat 14 radələrində rayonun Təzəkənd kəndində 1988-ci il təvəllüdlü Aytən Bədəlovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Hazırda faktla bağlı araşdırma aparılır.