baki99 900x567 1

“Bu gün şəhərdə nəqliyyat sıxlığı mövcuddur. Keçidlər inşa olunsa da, piyadalar istifadə etmirlər, özlərini təhlükəyə atırlar. Həm piyadaların, həm də sürücülərin məsuliyyətinin artırılması vacidir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri yol hərəkəti ilə bağlı keçirilən mətbuat konfransında deputat Vüqar Rəhimzadə deyib.

O bildirib ki, dəfələrlə maarifləndirmə işləri aparılsa da nəticə olmur:

“1998-ci ildən bəri zaman və mühit dəyişib. Şəhərimiz böyüyüb. 1998-ci ildə “Yol hərəkəti haqqında” qanun qəbul edilib. Qanuna dəyişikliklə bağlı təkliflərə açığıq. Ümid edirəm, təklifləri dəyərləndirib sonda ortaq nəticəyə gəlmək olar”.

vuqar rehimzade

Vüqar Rəhimzadə

V.Rəhimzadə qeyd edib ki, bəzən sürücü piyadanın gözlənilmədən yolu keçəcəyini nəzərə almır, bəzən isə piyadalar yaxınlıqda piyada keçidi olduğu halda, vaxt qazanmaq məqsədilə yolu nəzərdə tutulmayan yerdən keçməyə üstünlük verirlər:

“Halbuki bu, həm onların öz həyatı, həm də digər hərəkət iştirakçıları üçün ciddi risk yaradır. Bu gün şəhərimizdə həm nəqliyyatın, həm də piyadaların sıxlığı getdikcə artır. Dövlət tərəfindən müasir yerüstü və yeraltı piyada keçidləri inşa edilir, lakin təəssüf ki, bəzi hallarda həmin keçidlərdən istifadə olunmur. Bunun əvəzinə insanlar daha qısa yolu seçərək təhlükəli davranışlara yol verirlər”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: