Şamaxıda yetkinlik yaşına çatmayan qızla ailə quran 1996-cı il təvəllüdlü Xəyal Xıdırova cinayət işi açılıb.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə məsuliyyətə cəlb edilib.
Araşdırmalar zamanı məlum olub ki, Xəyal tanış olduğu Yardımlı rayon sakini olan qızı yaşadığı Şamaxının Pirbəhli kəndinə qaçırıb. Burada onlar toy etməsələr də, birgə ər-arvad kimi yaşayıblar və 15 yaşlı qız hamilə qalıb. Onun xəstəxanaya müraciət etməsindən sonra hadisənin üstü açılıb və polisə məlumat verilib.
Bundan sonra Xəyal barəsində Şamaxı rayon polis Şöbəsində Cinayət işi açılıb və materialları məhkəməyə göndərilib.