baki 9 900x506 1

Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra regionda gücü və nüfuzu artıb. Bu isə bəzi dairələrin maraqlarına uyğun gəlmir. Bir həqiqət nəzərə alınmalıdır ki, cənubda və şimalda müharibələrin getdiyi bir vaxtda Azərbaycan təhlükəsiz şəraitdə yaşayır və cənab Prezident İlham Əliyev təhlükəsizliyin bizim üçün son dərəcə vacib olduğunu hər dəfə vurğulayır”.

Bu sözləri Globalinfo.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib ki, ölkəmizə qarşı təzyiqlər və təhlükələr olsa da, rəsmi Bakı milli maraqlardan əsla geri çəkilmir:

Azərbaycan müstəqil xarici siyasət yürüdür, öz təbii sərvətlərinə və resurslarına tam nəzarət edir, onlara hakimdir. Bu amil də müəyyən qüvvələri narahat edən əsas məsələlərdən biridir.

Azərbaycanın qələbəsi, sabitliyi və inkişafı, eləcə də bölgədə formalaşdırdığı yeni reallıq əslində bütün regional aktorları təhlükəli tendensiyalardan qoruyur. Bu baxımdan, maraqlarına uyğun olmayan uğurlu addımların qarşısını almaq istəyən bəzi dairələr 5-ci kolon vasitəsilə müxtəlif planlara və təxribatlara əl atırlar. Bu qüvvələr Azərbaycana qarşı davamlı qarayaxma kampaniyası aparır və çirkin addımlar atırlar. Dövlət Təhlükəsizliyi Xidməti isə istənilən kampaniyanın qarşısını uğurla alır.

sebnem hesenova 99 900x585 1
Şəbnəm Həsənova

Qeyd olunmalıdır ki, Azərbaycanın uğurlarının təməlində dayanan əsas amil xalq–iqtidar birliyidir. Bu birliyi və həmrəyliyi heç kim poza bilməz. Xalqımız baş verənlərin fərqindədir və buna görə də cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşib. İstənilən çirkin kampaniya xalq tərəfindən qəbul edilmir və qəti şəkildə rədd olunur. Kirli kampaniyaların qarşısında xalq özü dayanır.

Bu və ya digər səbəbdən dövlətə və dövlətçiliyə qarşı cinayət törədən şəxslər gec-tez öz layiqli cəzalarını alacaqlar”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: