Azərbaycana ova gələn ərəblərin sayı azalıb – SƏBƏB

“Ov üçün ölkəmizə gələn ərəb turistlərin sayı azalıb”.

Globalinfo.az bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, bu, ola bilsin, ictimai nəzarətin güclənməsinin nəticəsidir:

“Ümumiyyətlə, həm yerli, həm də xarici ovçu sayında azalma müşahidə edilir”.