Azərbaycana kəndləri qaytarmağa hazırıq – Paşinyan

“Biz deyirik ki, Azərbaycana kəndləri qaytarmağa hazırıq. Bəs siz Ermənistana torpaqları qaytarmağa hazırsınızmı? Razısınızsa, onda elə bu dəqiqə mübadilə edək”.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Moldovada erməni icması ilə görüşündə deyib.

“Bizim hər zaman nəsə vermək haqda arzulamağımız doğru deyil. Biz verməyə və almağa hazırıq. Ermənistanın maraqlarından vaz keçmirik: bütün sərhəd boyu hərbsizləşdirilmiş zona yaratmağı təklif edirik; eskalasiya və aqressiv siyasət üçün bütün mümkün səbəbləri aradan qaldırmağa çalışırıq”, – o bildirib.

O iddia edib ki, Ermənistanın 29,8 min kv.km ərazisinə Başkənd, eləcə də 1990-cı illərdən Bakının nəzarətində olan “Berkaber”, “Parvakar”, “Ayqeovit”, “Vazaşen” kəndlərinin əraziləri daxildir:

“1975-ci il xəritəsində 28,8 min kv.km əraziyə Sotk-Xoznavar kəndinin ərazisi də daxildir (Zod/Söyüdlü Azərbaycan ərazisidir, o yatağın yalnız 24 faizi Ermənistana düşür, Paşinyan ənənəvi olaraq yalan danışır – red.), ora 44 günlük savaşdan sonra zəbt edilib”.

Paşinyan deyib ki, Azərbaycan Ermənistanın nəzarəti altında olan kəndləri haqda məlumat verib (Qazaxın 7 və Naxçıvanın 1 kəndi nəzərdə tutulur – red.):

“Mən eyni şeyi həm şəxsi danışıqlarda, həm də açıq şəkildə deyirəm”.