foto2 1

“Bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.1 faiz azalaraq 508 min nəfər olub”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 4, Tacikistandan 2, Çindən 1,8, İordaniyadan 1,6, İspaniyadan 1,6, dəfə artıb:

“Ölkəyə səyahət edənlərin sayı Hindistandan – 47,6 faiz, Qırğızıstandan – 32,6 faiz, Yaponiyadan – 26,5 faiz, Misirdən – 25,0 faiz, ABŞ-dan – 17,3 faiz, Kanadadan – 15,2 faiz, Niderlanddan – 12,2 faiz, Pakistandan – 11,5 faiz artsa da, Avropa İttifaqı  (Aİ) ilə bağlı vəziyyət fərqlidir. Belə ki, bu bölgədən gələnlərin sayı 7.8 faiz, körfəz ölkələrindən gələnlərin sayı 9,3 faiz, MDB dövlətlərindən gələnlərin sayı 10.7 faiz azalıb. Göründüyü kimi, üç əsas istiqamət üzrə ölkəmizə gələn tursitlərin sayında azalma qeydə alınıb”.

Millət vəkili bildirib ki, körfəz ölkələri və MDB dövlətlərindən gələnlərin sayının azalması ümumi turistlərin sayına mənfi təsir göstərib:

“Bu ilin birinci rübündə gələnlərin 24,7 faizi Rusiya, 18,3 faizi Türkiyə, 10,8 faizi Hindistan, 9,8 faizi İran, 5,0 faizi Gürcüstan, 3,6 faizi Qazaxıstan, 2,7 faizi Pakistan, hər birindən 2,1 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı, 1,8 faizi Özbəkistan, 1,7 faizi Çin, hər birindən 1,5 faiz olmaqla Türkmənistan, Ukrayna və İsrail, 1,2 faizi Küveyt, 1,0 faizi Belarus, 10,7 faizi digər ölkələrin vətəndaşları olub. Son statistika göstərir ki, gəlmə turizmdə yeni regionların payının artırılması, dayanıqlı turizm məhsullarından istifadə olunması və davamlılığın gücləndirilməsi üçün bu sahədə islahatların dərinləşdirilməsi daha da aktuallaşıb”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: