Azərbaycan yeni sazişə qoşulur

Azərbaycan “Zeytun yağı və süfrə zeytunlarına dair 2015-ci il tarixli Beynəlxalq Saziş”ə qoşulur.

Globalinfo.az bildirir ki, Milli Məclisə “Zeytun yağı və süfrə zeytunlarına dair 2015-ci il tarixli Beynəlxalq Saziş”ə qoşulmaq haqqında” qanunu layihəsi daxil olub.

Qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.