Azərbaycan XİN-dən Tayvanda keçirilən seçkilərə REAKSİYA

Azərbaycan Respublikası vahid Çin siyasətini dəstəkləyir.

Globalinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Tayvanın müstəqilliyini tanımır və keçirilən seçkiləri pisləyir.

“Azərbaycan Çinin daxili işlərinə müdaxilənin əleyhinədir”, – deyə XİN-in məlumatında vurğulanıb.