Azərbaycan XİN-dən Niderland hakimiyyətinə çağırış

Azərbaycan Xarici İşlər Nazirliyi bu gün Haaqada keçirilən aksiyada saxlanılan eko-fəal Qreta Tunberqlə bağlı bəyanat yayıb.

Globalinfo.az xəbər verir ki, bəyanatın mətnində qeyd olunur:

“Azərbaycan 2024-cü ildə dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən olan COP29-a evə sahibliyi edəcək dövlət kimi dinc nümayiş zamanı saxlanılan eko-fəala görə narahatlığını ifadə edir.

Biz Niderland hakimiyyətini iqlim etirazçılarının ifadə azadlığına hörmət etməyə və saxlanılanları azad etməyə çağırırıq”.