Ayxan Hacızadədən Ermənistan XİN-ə CAVAB

“Ermənisan Xarici İşlər Nazirliyi yenə də dezinformasiya yayır”.

Globalinfo.az  xəbər verir ki, bunu Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə twitter səhifəsində paylaşımında qeyd edib.

Hacızadə Ermənistan XİN sözçüsü Ani Badalyanın yalan informasiyalar səsləndirməsinə cavab olaraq bildirib ki, haqqında sözügedən 68 yaşlı Vaqif Xaçaturyan Xocalıdakı Meşəli qətliamında iştirak etdiyi üçün beynəlxalq axtarışa verilib.