Azərbaycan XİN: “Bu təhlükə həmişə aktualdır”

“Ermənistanın yerləşdirdiyi minaların təhlükəsi həmişə aktualdır”.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi X hesabında bildirib.

“Tərəfdaşların Ermənistanı bu təhlükəni aradan qaldırmağa məcbur etməməsi daha çox itkilərə və xəsarətlərə səbəb olur.

Bu gün partlayış nəticəsində bir mülki şəxs ağır yaralanıb, ayağı amputasiya edilib.

2020-ci ilin noyabr ayından indiyədək 343 nəfər minaların qurbanı olub” paylaşımda deyilir.