Azərbaycan XİN-dən ABŞ-la bağlı paylaşım

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ABŞ-ı 4 iyul – Müstəqillik Günü münasibətilə təbrik edib. 

Globalinfo.az xəbər verir ki, bununla bağlı naziriliyin tviter səhifəsində paylaşım edilib.

“4 iyul – Amerika Birləşmiş Ştatlarının Müstəqillik Günü münasibətilə ABŞ hökumətini və xalqını səmimi qəlbdən təbrik edir və ən xoş arzularımızı bildiririk! Biz ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşəcəyinə ümid edirik”-deyə, paylaşımda bildirilir.