63e3b80a946d063e3b80a946d21675868170ee76e0378f7a7295c250475dc023c19f

Səhiyyə naziri Teymur Musayev ilə türkiyəli həmkarı Fahrettin Koca arasında telefon danışığı olub.

Səhiyyə Nazirliyindən Globalinfo.az-a verilən xəbərə görə, telefon danışığı zamanı Teymur Musayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələrinin zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirildiyini türkiyəli həmkarının diqqətinə çatdırıb.

“Bu məqsədlə, ümumilikdə tibb müəssisələrində 2000 çarpayı ayrılıb. Ehtiyac olduğu təqdirdə, Azərbaycanlı tibb mütəxəssisləri yaralanmış şəxslərin müalicəsinə tibbi dəstək göstərməyə tam hazırdır”, – Teymur Musayev əlavə edib.

Teymur Musayev yaralıların tezliklə sağalmasını arzulayıb və həlak olmuş şəxslərin ailələrinə Allahdan səbr diləyib.

Paylaş: